Milli Məclisin deputatları sabah - iyulun 15-də tətilə çıxacaqlar.
Sitat.info xəbər verir ki, parlamentin Daxili Nizamnaməsinə görə, qanunverici orqanın yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.
Deputatlar iyulun 15-dən isə rəsmən tətilə buraxılırlar.
Tətil avqustun 30-dək davam edəcək.
Xatırladaq ki, qanunverici orqanın yaz sessiyası mayın 31-də bitsə də, növbədənkənar sessiya çağırılıb. Növbədənkənar sessiya bu gün yekunlaşacaq.