AZ

“Taxta bazarın”dakı yanğın tam söndürüldü

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.

Bu barədə KONKRET.az-a FHN-dən məlumat verilib.

***

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

KONKRET.az xəbər verir ki, hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində alovun qarşısı alınıb və mürəkkəbliyinə baxmayaraq geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hadisə baş verən yerdə təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi üzrə polis orqanları tərəfindən tədbirlər görülüb. Eyni zamanda yanğın baş verən əraziyə təcili tibbi yardım avtomobilləri də cəlb edilib.

Seçilən
9
10
konkret.az

10Mənbələr