AZ

Göydələn Ginnesin Rekordlar Kitabına düşüb - Foto

Göydələn

Sinqapurda yerləşən və hündürlüyü 280 metr olan "UOB Plaza 1" göydələninin fasadı nəhəng rəqəmsal ekrana çevrilib. Bu ekran təsvirinin 250 milyon pikseldən ibarət olduğu bildirilir.

Reyting.az
-ın məlumatına görə, bu möhtəşəm işıq şousu təkcə yerliləri və turistləri cəlb etməyib, üstəlik, üç nominasiya üzrə Ginnesin Rekordlar Kitabına düşüb: ən güclü işıq təsviri, ən uzunmüddətli memarlıq proyeksiyası, ən hündür bina proyeksiyası.

Təsvirin parlaqlığı 5,85 milyon lumenə çatır ki, bu da hətta maksimum vəziyyəti ilə ən böyük güclə işləyə bilən istənilən bir biznes proyektorlarının göstəricilərini üstələyir.



Hər həftə fasadda mövzu üzrə qruplaşdırılmış 30 vizual video nümayiş olunur. Görüntülər cümə, eləcə də şənbə günləri yayımlanır, üstəlik, açıq havada qeyri-adi rəqəmsal qalereya funksiyasını yerinə yetirir. Burada xüsusi diqqətçəkən görüntü isə müəllifi rəssam Sem Lo olan "Majulah Singapura" adlı əsərdir. Bu əsər Sinqapur xalqının multikultural köklərinə və dözümlülüyünə həsr olunub.

Proyeksiyalar 2025-ci il avqustun 9-dək nümayiş etdiriləcək. Heyrətamiz görüntü barədə danışan yerli iş adamı, "UOB"-un Brendinq və Rəqəmsal Kommunikasiya şöbəsinin rəhbəri Canet Yanq hesab edir ki, bu layihə cəmiyyətə bir növ yeni, həm də gözəl "hədiyyə"-dir.

Oqtay QORÇU
Seçilən
11
reyting.az

1Mənbələr