AZ

Kanatla yanaşma sistemi və sığorta sistemi ayrıca anker qurğularına malik olmalıdır

Hündürlükdə kanatla yanaşma sistemindən istifadə olunmaqla görülən işlər icra planının işlənilməsini tələb edir və naryad-buraxılış sənədi üzrə yerinə yetirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Kanatla yanaşma sisteminin və sığorta sisteminin anker qurğularına bərkidilməsi yerləri və üsulları icra planında və ya naryad-buraxılış sənədində göstərilir. Kanatla yanaşma sistemi və sığorta sistemi ayrıca anker qurğularına malik olmalıdır. Əgər bərkitmə (dayaq) nöqtələrinin hər biri dağılmadan 22 kN-dan az olmayan yükə tab gətirirsə, yararlı hesab olunurlar.

Seçilən
91
heftelik.az

1Mənbələr