“Kəpəz”dən ayrılan Rauf Hüseynli iki klubun diqqət mərkəzinə düşüb.
Futbolpress.az-ın əldə etdiyi məlumata görə, “Sumqayıt” və “Qəbələ” cinah müdafiəçisinin xidmətində maraqlıdır. Hüseynliyə hələ rəsmi təklif edilməyib.
25 yaşlı müdafiəçi “Kəpəz”lə ötən mövsüm 27 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 assist edib.