AZ

Yer kürəsindəki ən böyük "Mars daşı" hərracda satılacaq

Meteoritin 25 kq-lıq hissəsi "Sotheby's" hərracında təxminən 2-4 milyon dollara satılacaq.
 
Bu barədə "Associated Press" məlumat yayıb.
 
Agentliyin məlumatına görə, "NWA 16788" nümunəsi asteroidlə toqquşma nəticəsində Marsdan qopduğu iddia edilən meteoritin bir hissəsidir. O 225 milyon km-dən çox yol qət edib və Sahara səhrasına düşüb. 2023-cü ilin noyabrında Nigerdə "meteorit ovçuları" tərəfindən aşkar edilib.
 
Daşın ölçüsü 375 × 279 × 152 mm-dir, onun tərkibində Marsda tapıla bilən bütün maddələrin təxminən 7%-i var.
 
Nyu-Yorkda keçiriləcək hərrac çərçivəsində həmçinin hündürlüyü iki metrdən çox, uzunluğu isə demək olar ki, üç metr olan gənc seratozavrın skeleti də hərraca çıxarılacaq.
Seçilən
9
2
moderator.az

3Mənbələr