AZ

Ukraynalıların Rusiyaya girişinə 50 ilə qədər qadağa qoyulacaq

BAKI, 14 iyul. TELEQRAF

Rusiya sərhəd xidməti Şeremetyevo hava limanında nəzarət və yoxlamalardan keçərkən ölkə ərazisinə girişinə icazə verilməmiş ukraynalılara ölkəyə giriş qadağalarını tətbiq etməyə başlayıb.

Teleqraf xəbər verir ki, məhdudiyyətlər 20 ildən 50 ilə qədər müddəti əhatə edir.

Qeyd edək ki, adətən ukraynalılar smartfonlarında Ukrayna Silahlı Qüvvələri və xüsusi xidmət orqanları ilə əlaqələri, eləcə də Rusiya-Ukrayna müharibəsinə və ya Rusiya Federasiyasına qarşı mənfi münasibətlərinin sübutları aşkar edildiyinə görə ölkə ərazisinə buraxılmırdılar.

Seçilən
16
teleqraf.com

1Mənbələr