AZ

Ukraynanın baş naziri yeni müdafiə naziri ola bilər

Ukraynanın Baş naziri Denis Şmıxal ölkənin müdafiə naziri ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" mənbələrinə istinadla məlumay yayıb.

Nəşrin məlumatına görə, Şmıxalın yerini baş nazirin müavini Yuliya Svırıdenko tutacaq və Ukrayna Müdafiə Nazirliyinin hazırkı rəhbəri Rustem Umerov Kiyevin ABŞ-dakı səfiri təyin oluna bilər. Nəşr bildirirbki, Ukrayna Prezidenti Volodimir Zelenski artıq hökumətdə dəyişikliklərlə bağlı qərar qəbul edib.

Bundan əlavə, bəzi nazirliklərin birləşdiriləcəyi və kabinet daxilində səlahiyyətlərin yenidən bölüşdürüləcəyi gözlənilir. Belə ki, hazırkı bir neçə nazir vəzifələrini itirə bilər, lakin konkret adlar hələ müəyyənləşməyib.

Seçilən
55
4
publika.az

10Mənbələr