AZ

Tramp Ukraynanın silahlanmasına dair yeni plan elan edəcək - KİV

ABŞ prezidenti Donald Tramp iyulun 14-də Ukraynaya hücum silahları da daxil olmaqla silah tədarükü planını təqdim etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, Amerika administrasiyasının rəhbəri bazar ertəsi Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşdə “Ukraynanın silahlanmasına dair yeni planı təqdim edəcək, bu plana hücum silahlarının da daxil olacağı gözlənilir”.

Axios vurğulayır ki, bu, Trampın siyasətində “böyük dəyişiklik”ə işarə edəcək. ABŞ lideri əvvəllər Vaşinqtonun Kiyevə “daha bir neçə silah” göndərəcəyini deyərək bunun “ilk növbədə müdafiə” silahları olduğunu qeyd edib.

Portalın mənbələri iddia edir ki, Trampın planında “Rusiya ərazisinin dərinliklərində, o cümlədən Moskvada hədəflərə çata bilən uzaqmənzilli raketlərin Ukraynaya mümkün transferi” ilə bağlı bənd ola bilər.

Seçilən
24
ucnoqta.az

1Mənbələr