"Məğlubiyyətin səbəbləri barədə oyundan dərhal sonra düşünməyə başladım, hərçənd matça bir daha baxmaq lazımdı".
Offsideplus.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Luis Enrike deyib.
O, klublararası dünya çempionatının finalında "Çelsi"yə qarşı oyunda uğursuzluğun (0:3) səbəblərini açıqlayıb: "Fikrimcə, "Çelsi" matça bizdən yaxşı başladı, fəal pressinq tətbiq edib bizə çətinlik yaradırdı. Birinci hissədə qol vurmaq üçün bir neçə imkanımız var idi. Ancaq açığı, oyunun dərinliyinə girmək çox çətin idi. Rəqib birinci hissənin axırlarında iki qol vuranda, Palmer sadəcə, möhtəşəm idi. Bir sözlə, hesab edirəm ki, "Çelsi" bizdən yaxşı görünürdü və qələbəyə layiq idi".