ABŞ-da ilk dəfə yeni formatda təşkil olunan klublararası dünya çempionatının final matçında uduzan PSJ-dən reaksiya gəlib.

Offsideplus.az xəbər verir ki, "Çelsi"yə 0:3 hesablı məğlubiyyətdən dərhal sonra Fransa klubu sosial mediada paylaşım edib.

"Biz klublararası dünya çempionatının finalında arzulanan nəticəni əldə edə bilmədik, buna baxmayaraq, bu tarixi mövsümdə qazandıqlarımızla fəxr edirik. 

Bu, yalnız başlanğıcdır.

ABŞ-da Los-Ancelesdən Sietlə, Atlantadan Nyu-Yorka qədər keçirdiyimiz son həftələr unudulmaz idi. 

Bizi dəstəkləyən minlərlə azarkeşə - sağ olun.

Biz Parisik!"