Dünən Ağdaşda 14 yaşlı Murad Bəkirli kanalda çimərkən boğulub.
Hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.
Murad Bəkirlinin qonşusu Həsən Həsənov Baku TV-ə danışıb.
"Mağazada işləyirdim. Nəvəm gəldi, kanala getmək istədiyini dedi. Atan sənə icazə verməz dedim. Çimməyə yox, uşaqlara baxmağa getmək istədiyini dedi. Elə getdiyinin üstündən 5-6 dəqiqə keçmişdi ki, qışqıraraq geri qayıtdı. Muradın batdığını dedi. Tez mağazanı bağlayıb kanala tərəf qaçdım", - deyə o bildirib.
Daha ətraflı Baku TV-nin süjetində: