Bakının Binəqədi rayonunda iki qardaş arasında mübahisə qanla bitib.
“Teleqraf” xəbər verir ki, hadisə rayonun Çiçək qəsəbəsində baş verib.
1999-cu il təvəllüdlü Əliyev Əhməd Vaqif oğlu evdə qardaşı tərəfindən bıçaqlanıb.
O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.
Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları araşdırma aparır.