BAKI, 14 iyul. TELEQRAF
Təşkilatçılar Bakıda keçiriləcək məşhur "Dream Fest 2025" musiqi festivalının təşkilatçıları rusiyalı müğənniləri yerli ifaçılarla əvəz etdikdən sonra Rusiyadan olan turistlər festivalın biletlərini kütləvi şəkildə qaytarmağa başlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.