Klublararası dünya çempionatının PSJ və "Çelsi" arasındakı final matçından sonra qalmaqal yaşanıb.
Offsideplus.az xəbər verir ki, oyun bitən kimi hər iki komandanın üzvləri arasında mübahisə yaranıb.
Bu zaman araya girən PSJ-nin baş məşqçisi Luis Enrike rəqib futbolçu Joao Pedronun üz nahiyəsinə zərbə endirib.
Zərbənin təsirindən "Çelsi"nin oyunçusu yerə yıxılıb.
Qeyd edək ki, finalda PSJ gözlənilmədən 0:3 hesabı ilə məğlub olub. Sonuncu qolu fransızların qapısından məhz Joao Pedro keçirib.