AZ

Avropanın ən güclü 8 komandası bəlli olub

2025-ci il qadınlar arasında futbol üzrə Avropa çempionatında 8 ən güclü komanda bəlli olub.

İdman.biz xəbər verir ki, İsveçrədə keçirilən yarışda A qrupundan Norveç (9 xal) və meydan sahibləri (4), B qrupundan İspaniya (9) və İtaliya (4), C qrupundan İsveç (9) və Almaniya (6), D qrupundan isə Fransa (9) və İngiltərə (6) komandaları 1/4 finala yüksəliblər.

Yarış iyulun 27-dək davam edəcək.

1/4 final
16 iyul
Norveç İtaliya
17 iyul
İsveç - İngiltərə
18 iyul
İspaniya - İsveçrə
19 iyul
Fransa - Almaniya

İdman.biz

Seçilən
13
idman.biz

1Mənbələr