AZ

Viktor Gyökereşin "Arsenal"a keçidi reallaşır

"Sportinq"in hücumçusu Viktor Gyökereş London "Arsenal"ına keçməyə çox yaxındır.

İdman.biz xəbər verir ki, Portuqaliya klubu 27 yaşlı futbolçunun transferi ilə bağlı razılığın əldə olunduğunu təsdiqləyib.

Bu barədə jurnalist David Ornşteyn məlumat verib. Onun sözlərinə görə, transferin məbləği 63 milyon avro təşkil edəcək. Bundan əlavə, 3 milyon avro zəmanətli ödəniş və 10 milyon avro bonus nəzərdə tutulur. Futbolçunun agenti transferi asanlaşdırmaq üçün komissiya haqqından imtina edib.

Gyökereş 2023-cü ildən "Sportinq"də çıxış edir. O, komandanın heyətində keçirdiyi 102 oyunda 97 qol vurub və 28 qolun ötürməsini verib.

İdman.biz

Seçilən
25
idman.biz

1Mənbələr