AZ

Səudiyyə Ərəbistanı klubu ilə razılaşdı - Adı "Fənərbaxça" ilə hallanan isveçrəli

Qranit Caka “Bayer”dən Səudiyyə Ərəbistanına keçməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı isveçrəli yarımmüdafiəçi Səudiyyə Pro Liqasına yeni yüksəlmiş “Neom” ilə şifahi və prinsipial razılıq əldə edib.

Əgər transfer baş tutarsa, Caka illik 10 milyon avro xalis maaş alacaq.

“Neom” futbolçu üçün 6 milyon avro təzminat ödəməyə hazırdır. Həlledici danışıqların bazar ertəsi günü keçirilməsi gözlənilir.

Qranit Caka ilə həmçinin “Fənərbağça” da maraqlanır. Xatırladaq ki, onu daha əvvəl “Milan” transfer etmək istəmiş, lakin bu baş tutmamışdı.

Seçilən
7
sportinfo.az

1Mənbələr