AZ

18 milyon avro ödəyir, onlar yenə razılaşmır

"Milan" Gela Due üçün "Strasbur"un istədiyindən daha az təklif edir.

Sportinfo.az xəbər verir ki, "rossonerilər" 22 yaşlı sağ cinah müdafiəçisi üçün ikinci təklifini verib.

Bu təklif əvvəlkindən 3 milyon avro çoxdur.

"Milan" Gela Dueyə görə 18 milyon avro ödəməyə hazırdır, lakin "Strasbur" daha yüksək məbləğ istəyir. Fransa klubu futbolçunu 28 milyon avro dəyərində qiymətləndirir.

Gela Due PSJ-nin vingerlərindən Dezire Duenin böyük qardaşıdır.

Seçilən
12
sportinfo.az

1Mənbələr