AZ

Aparıcı legioner Azərbaycan klubunu bu yay tərk edəcəkmi?

“Klubla müqaviləm var və buna uyğun olaraq məşqlərdə iştirak edirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın vingeri Felipe Santos deyib.

Ötən ilin yayından bəri ağ-qırmızı formanı geyinən braziliyalı legioner “buradakı çıxışını davam etdirəcəksənmi” sualına cavabında aşağıdakıları söyləyib:

“Qarşıdakı oyunlara hazırlaşıram ki, Konfrans Liqasında uğurlu nəticələr qazana bilək. Mətbuatda klub rəhbərliyi ilə mənim aramda müqavilə şərtlərinə görə müəyyən fikir ayrılıqlarının olduğu deyilir.

Müəyyən detallarla bağlı söhbətimiz davam edir. İnanıram ki, məsələ tezliklə öz həllini tapacaq.

Əsas odur ki, buradayam və burada olmaqdan məmnunam”.

Seçilən
6
sportinfo.az

1Mənbələr