Fransanın “Lion” komandasının hücumçusu Corc Mikautadze karyerasını İtaliyada davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, “Atalanta” klubu gürcü futbolçunun transferini nəzərdən keçirir.
24 yaşlı futbolçu “Lion”la 2028-ci ilin yayına qədər müqavilə bağlasa da, Berqamo təmsilçisi onun transferi üçün tələb olunan məbləği ödəməyə hazırdır. Artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
Mikautadze 2024/2025 mövsümündə bütün turnirlər üzrə 47 matçda iştirak edib, 17 qola imza atıb və 11 məhsuldar ötürmə verib. Hazırda onun transfer dəyəri 22 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, “Lion” ötən mövsüm çətinliklə olsa da, Liqa 1-də mövqeyini qoruyub.