AZ

Moyze Kin Ərəblərə "yox" dedi

“Fiorentina”nın hücumçusu Moyze Kin Səudiyyə Ərəbistanının “Əl-Qadisiyyə” klubundan aldığı təklifə rədd cavabı verib.

90deqiqe.Az-ın məlumatına görə, səudiyyəlilər 25 yaşlı futbolçuya illik 15 milyon avro məvacib təklif ediblər.

İtaliya klubunun yaxın günlərdə futbolçu ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayacağı gözlənilir. Yeni razılaşma çərçivəsində Kin illik maaşını 2,2 milyon avrodan 4 milyon avroya qədər artıracaq.

Moyze Kinin xidmətində “Əl-Hilal” klubu da maraqlıdır.

Geridə qalan mövsümdə Moyze Kin “Fiorentina”nın heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
13
90deqiqe.az

1Mənbələr