"Zenit" klubu yarımmüdafiəçi Gersonun transferini rəsmiləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Transferin maliyyə detalları açıqlanmasa da, yerli mediada yer alan məlumatlara əsasən, Sankt-Peterburq təmsilçisi braziliyalının keçidi üçün təxminən 25 milyon avro ödəyib.
Peşəkar karyerasına "Fluminense"də başlayan Gerson daha sonra Avropada "Roma", "Fiorentina" və "Marsel" klublarında çıxış edib. Vətənində isə "Flamengo"nun heyətində uğurlu mövsümlər keçirib.
Braziliya millisində 2020-ci ildə debüt edən yarımmüdafiəçi indiyədək 14 oyunda forma geyinib və 1 qolla yadda qalıb. Gerson geridə qalan mövsümdə 28 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.