AZ

Almaniya kansleri: ABŞ-ın tarifləri ölkəmizə dərindən təsir edəcək

Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı (Aİ) üçün açıqladığı 30 faizlik tariflərin həyata keçiriləcəyi təqdirdə ölkəsinin iqtisadiyyatına böyük təsir göstərəcəyini bildirib.

İki sahil” xəbər verir ki, o, ARD televiziyasına müsahibəsində, "Belə bir vəziyyət yaranarsa, iqtisadi siyasət səylərimizin çoxunu arxa plana keçirə bilərik, çünki bu, hər şeyə kölgə salacaq və Almaniyanın ixrac iqtisadiyyatına dərindən təsir edəcək", - deyib.

Mertsin fikrincə, bu böyüklükdə tariflərin tətbiq edilməməsi üçün iki şey lazımdır: Avropa İttifaqı daxilində birlik və Amerika prezidenti ilə ağıllı müzakirələr.

Avqustun 1-nə qədər qalan 2,5 həftənin həllə çatmaq üçün istifadə edilməsi lazım olduğunu bildirən kansler, bu mövzuda səylə çalışdığını sözlərinə əlavə etdi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
6
ikisahil.az

1Mənbələr