"Arsenal" sonunda arzusuna çatır.
Offsideplus.az xəbər verir ki, London klubu Viktor Dyökereş üçün "Sportinq"lə razılığa gəlib. Razılaşmaya əsasən "topçular" 63,5+10 milyon avro ödəyəcək.
Bu barədə "The Athletic" məlumat yayıb.
Dyökereş iki mövsümdür "Sportinq"də çıxış edirdi. O, başa çatan mövsümdə Avropada ən çox qol vuran futbolçu idi - 52 oyun, 54 qol.
İsveçli hücumçu bundan sonra "Arsenal"ın uğurları üçün çalışacaq.