Uimbldon tennis turniri başa çatıb.

Offsideplus.az xəbər verir ki, kişilərin mübarizəsində final qarşılaşmasında son iki ilin çempionu Karlos Alkaras və Yannik Sinner üz-üzə gəlib.

Görüşün ilk setini Alkaras qazanıb - 6:4. Növbəti 3 set isə eyni hesabla Sinnerın aktivinə yazılıb 

Beləliklə, italiyalı tennisçi karyerasında ilk dəfə Uimbldon çempionu olub. O, həm də 5 oyun aradan sonra ispaniyalı rəqibini məğlub etməyi bacarıb.

Sinner bu mövsüm 3-cü "Böyük Dəbilqə"də 2-ci çempionluğunu qazanıb. O, Rolan Qarrosda isə finalda Alkarasa məğlub olmuşdu.