İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) aparılan korrupsiya istintaqı çərçivəsində şübhəli Ertan Yıldızın ofisində tapılan 4500 hədiyyə çekinə əl qoyulub.
Publika.az "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu "cinayət təşkilatına rəhbərlik etmək", "cinayət təşkilatına üzv olmaq", "qəsb, rüşvətxorluq, fırıldaqçılıq", "şəxsi məlumatların əldə edilməsi" və "tender saxtakarlığı" ittihamları ilə həbs edilən və İBB bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılan Ekrem İmamoğlu da daxil olmaqla, şübhəlilər barəsində korrupsiya istintaqını davam etdirir.
İstintaq çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin Təşkilat və Yardım Komissiyasının sədri, şübhəli şəxs Ertan Yıldızın sürücüsü Bayram Yıldırımın ifadəsi alınıb.