AZ

Astanada karate üzrə “Qazaxıstan Open” beynəlxalq turniri keçirilib

Qazaxıstanın paytaxtı Astanada karate üzrə “Qazaxıstan Open” beynəlxalq turniri keçirilib.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycanla yanaşı Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstandan ümumilikdə 600-ə yaxın idmançı iştirak edib.

Ölkəmizi turnirdə Azərbaycan Karate Federasiyasının və “Təhsil” Respublika İdman Mərkəzinin (RİM PHŞ) yığma komandası təmsil edib.

İdmançılarımız yarışdakı nəticələri:
Yusif Vəliyev (12–13 yaş, -45 kq) - II yer;
Fateh Kamilov (12–13 yaş, -40 kq) - II yer;
Şamo Kamilov (14–15 yaş, +70 kq) - III yer;
Rauf İmanov 16–17 yaş, -61 kq) - III yer;
Nəsimi Musayev (16–17 yaş, -76 kq) - II yer;
Aslan Dostuyev (U21, -67 kq) - I yer;
Rəşid Süleymanov (U21, -75 kq) - I yer;
Fariz Şahbazov (böyüklər, -60 kq) - I yer;
FəridSavadov (böyüklər, -60 kq) - III yer;
Rəşid Süleymanov (böyüklər, -75 kq) - II yer;
Rumil Cəfərli (böyüklər, +84 kq) - III yer;
Mədinə Sadıqova (qadınlar, -55 kq) - III yer.

Bundan əlavə, böyüklər arasında keçirilən komanda döyüşlərində Azərbaycan yığması Qazaxıstanın milli komandasını məğlub edərək yarışın qalibi olub.

Komandamızın heyətində məşqçi kimi Anar Məmmədov (Gəncə şəhər 2 saylı UGİŞM PHŞ) və Rüstəm Əkbərov (Jaguar İdman Klubu / Karateçilər: Kamilov Şamo və Kamilov Fateh) çıxış ediblər. Turnirdə həmçinin beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov da hakim qismində iştirak ediblər.

İdman.biz

Məqalədə:
Seçilən
9
idman.biz

1Mənbələr