Dünyanın bir nömrəli raketka ustası Yannik Sinner Uimbldon 2025 turnirinin qalibi olub.
90deqiqe.Az-ın məlumatına görə, final qarşılaşmasında italyan tennisçi ATP reytinqində ikinci pillədə qərarlaşan ispan Karlos Alkarası 4:6, 6:4, 6:4, 6:4 hesabı ilə məğlub edib.
23 yaşlı Sinner bu nəticə ilə karyerasında dördüncü dəfə “Böyük Dəbilqə” turnirinin qalibi adını qazanıb. Uimbldondakı bu uğur onun peşəkar səviyyədə əldə etdiyi 20-ci titul olub.