AZ

"Liverpul" yoxlama oyunu keçirdi

style='margin-bottom:10px;'>

"Liverpul" yay hazırlıqları çərçivəsində yoxlama oyununu keçirib. 

QOL.az xəbər verir ki, Mersisayd təmsilçisi “Preston Nort End”in qonağı olub. “Deypdeyl” stadionunda baş tutan görüş “Liverpul”un 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində hesabı 33-cü dəqiqədə Konor Bredli açıb. 53-cü dəqiqədə Darvin Nunyes fərqi artırıb. Meydan sahibləri 83-cü dəqiqədə Liam Lindseynin qolu ilə ümidlənib. Lakin 88-ci dəqiqədə Kodi Qakpo “Liverpul”un üstünlüyünü bərpa edib və yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqanın çempionu olan “Liverpul” növbəti yoxlama oyununu iyulun 26-da “Milan”a qarşı keçirəcək. İngiltərə Çempionşipində mövsümü 50 xalla 20-ci pillədə tamamlayan “Preston” isə iyulun 18-də İspaniyanın “Xetafe” klubu ilə qarşılaşacaq.

Seçilən
4
teleqraf.com

1Mənbələr