Son araşdırmalar sübut edir ki, yuxu zamanı beynimizdə gedən proseslər təkcə dincəlməkdən daha çox iş görür.
E-saglam.az xəbər verir ki, yeni tapılan məlumatlara görə, gecə yatarkən beynimizdə xüsusi “təmizlik sistemi” aktivləşir və bu, Alzheimer və digər nevrodegenerativ xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır.
Beyində yığılmış zəhərli tullantılar, yuxu zamanı “qlimfatik sistem” vasitəsilə sürətlə təmizlənir. Alimlər bildirir ki, yuxu pozğunluqları bu təmizləmə prosesini pozaraq beyin sağlamlığına ciddi ziyan vurur.
Xüsusilə 7-9 saat arası keyfiyyətli yuxu almaq, beynimizin “təmizlik işlərini” effektiv yerinə yetirməsi üçün vacibdir.
Bu kəşf, nevroloji xəstəliklərin qarşısının alınması və beynin uzunmüddətli sağlamlığının qorunması üçün yuxunun əhəmiyyətini daha da artırır.
Bəs siz, gecə yatarkən beyninizin necə işlədiyini bilirdiniz? Sağlam beyin üçün yuxuya daha çox önəm verməyin vaxtıdır!
Tərcümə: Könül Oruc
E-saglam.az