AZ

Yeniyetmə reqbiçilərimizin Gürcüstan sınağı

Azərbaycanın reqbi üzrə U-12 millisi Gürcüstanda təlim-məşq toplanışını davam etdirir.

İdman.biz xəbər verir ki, yeniyetmə reqbiçilərimiz ilk test oyunlarını keçiriblər.

"Tsikara" ilə iki qarşılaşmadan birincisində 0:20 hesabı ilə uduzan U-12 komandamız sonra isə 10:0 hesabı ilə irəlidə olmasına baxmayaraq, iki məhsuldar cəhd buraxaraq heç-heçə ilə kifayətlənib - 10:10.

Məhsuldar cəhdləri komandamızın heyətində "Qarabağ"ın oyunçusu Əli Qubadzadə və "Şamaxı OM"nin yetirməsi İsmayıl Salmanov yerinə yetiriblər.

Növbəti test matçında reqbiçilərimizin rəqibi "Laşari" kollektivi olacaq.

İdman.biz

Məqalədə:
Seçilən
19
idman.biz

1Mənbələr