Ukraynada ötən həftə ölkənin Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniçi öldürülməsində əli olan Rusiya məxfi xidmət agentləri öldürülüb.
SBU-nun açıqlamasına görə, Voroniçin qətlinin arxasında durduğu güman edilən iki Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agentinin saxlanılması üçün əməliyyat keçirilib. SBU Kiyev vilayətində keçirilən əməliyyatda Rusiya məxfi xidmət agentlərinin öldürüldüyünü açıqlayıb. Ancaq neçə FSB agentinin öldürüldüyü açıqlanmayıb.
SBU-nun yüksək rütbəli zabiti, polkovnik İvan Voroniç cümə axşamı Kiyevin mərkəzində maskalı, silahlı şəxs tərəfindən öldürülüb. Təhlükəsizlik kamerası görüntüləri maskalı hücumçunun dayanacaqda susdurulmuş tapançadan Voroniçə ən azı beş atəş açdığını göstərir. Polkovnik Voroniç hadisə yerində ölüb, Ukrayna Milli Polisi və Təhlükəsizlik Xidməti (SBU) sui-qəsdlə bağlı araşdırmalara başlayıb.
TAHİR