AZ

“25 il əvvəl prezident olmaq istəmirdim” – Putin Yeltsinlə söhbətindən ilk dəfə DANIŞDI

Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə verdiyi müsahibədə 25 il əvvəl prezident olmaqdan imtina etməsinin səbəblərini izah edib.

KONKRET.az xəbər verir ki, Putinin sözlərinə görə, o dövrdə Yeltsinlə söhbət zamanı bu təklif onun üçün gözlənilməz olub və özünü bu vəzifəyə hazır hesab etməyib:

“Elə də deməzdim ki, istəmirdim. Amma birincisi, bu mənim üçün gözlənilməz idi. İkincisi, bəli, deyə bilərəm ki, istəmirdim, çünki özümü hazır saymırdım. Məsələ bundadır… Ölkənin qorunması və inkişafı baxımından bir çox kəskin və həyati vacib məsələlər var idi. Düzünü desəm, mənim üçün bu vəzifənin nə demək olduğunu düşünürdüm, amma daha çox qarşıda duran tapşırıqları necə yerinə yetirəcəyimizi, öhdəsindən gəlib-gəlməyəcəyimizi düşünürdüm.”

Putin həmin dövrdə prioritetinin şəxsi ambisiyalar deyil, ölkənin sabitliyi və gələcəyi olduğunu vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
9
konkret.az

1Mənbələr