Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət milli komandası Avropa çempionatının B divizionunda çıxışını yekunlaşdırıb.
Offsideplus.az xəbər verir ki, həmyerlilərimiz bu gün 11-ci yer uğrunda Lüksemburq kollektivi ilə qüvvələrini sınayıblar.
İlk perioddan məğlub duruma düşən yığmamız sonadək hesabı öz xeyrinə dəyişə bilməyib - 54:67.
Beləliklə, qızlarımız ilk dəfə iştirak etdikləri qitə çempionatının B divizionunda 21 komanda arasında 12-ci yeri tutublar.