AZ

UFC turnirin bütün biletlərini bir dəqiqə ərzində satdı

Ultimate Fighting Championship (UFC) prezidenti Dana Uayt Şanxayda keçiriləcək promosyon turnirinə biletlərin satışından danışıb...

Oxu.Az-ın UFC-nin "YouTube" kanalına istinadən verdiyi xəbərə görə, bu barədə o, Neşvildəki turnirdən sonra keçirilən mətbuat konfransında deyib.

"Mən sizə Çindəki turnirdən danışım? Bilirdinizmi? Biz o turnirin bütün biletlərini bir dəqiqəyə satdıq. Hətta bir dəqiqədən də az müddətə. Biz əyləncəli işlər görürük", - Uayt bildirib.

Qeyd edək ki, Şanxayda UFC turniri avqustun 23-də keçiriləcək.

Poliqon.info

Seçilən
6
2
poliqon.info

3Mənbələr