İsrail İran Prezidenti Məsud Pezeşkiana sui-qəsd cəhdinin əvəzini ödəyəcək.
Publika.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına İslam Respublikasının yüksək vəzifəli rəsmisi məlumat verib.
O, qeyd edib ki, yəhudi dövlətinə cavab zərbələri endirilməsi ilə bağlı strateji qərarlar üzrə mühüm iclas zamanı baş verən insidentlə bağlı hərtərəfli araşdırma başlanıb.