“Atletiko Mineyro”nun tanınmış hücumçusu Halk Braziliya çempionatının 13-cü turunda “Baiya”ya qarşı matçda korner zərbəsindən birbaşa qol vurub.
Publika.a xəbər verir ki, 38 yaşlı braziliyalı futbolçu görüşün 90+1-ci dəqiqəsində fərqlənərək hesabı bərabərləşdirib. Lakin bir neçə dəqiqə sonra “Atletiko Mineyro” yenidən qol buraxıb və məğlubiyyətlə üzləşib – 1:2.
Xatırladaq ki, Halk 2021-ci ildən “Atletiko Mineyro”da çıxış edir. Cari mövsümdə o, bütün turnirlərdə 27 oyuna çıxıb, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.