İsrail əsgərləri bir müddət əvvəl keçmiş Suriya rejiminə məxsus bir neçə hərbi obyektə basqın edib və çoxlu sayda silah aşkar ediblər.
Yenisabah.az “Times of Israel”ə istinadla xəbər verir ki, Hermon dağının zirvəsində yerləşən 810-cu Dağ Regional Briqadasının ehtiyat hissələri keçən həftə “Bəşər Əsəd rejiminin komando qüvvələrinə” aid bir neçə “əsas qərargah”a basqın ediblər.
Hərbçilər bildirirlər ki, ərazidə 3 tondan çox silah, o cümlədən tank əleyhinə minalar, partlayıcı qurğular və raketlər aşkar edilib. Dominos pizza
Bölgədəki əməliyyatlar “Suriyadan Livana silah qaçaqmalçılığının qarşısını almaq” məqsədi daşıyıb.
Telegram kanalımız