AZ

Türkiyədə metrobus yanıb

İstanbulda (Türkiyə) hərəkətdə olan metrobusda yanğın baş verib.

İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, yanğın Beylikdüzü istiqamətində hərəkət edən metrobusun mühərrik hissəsində yanğın baş verib.

Stansiyaya daxil olan metrobüsdəki sərnişinlər təxliyyə edilib, ekipajlar yanğına müdaxilə edib.

Yanğın tez bir zamanda söndürülüb.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
10
ikisahil.az

1Mənbələr