AZ

Senatorlar: Tramp Rusiyanın dondurulmuş aktivlərindən istifadə edə bilər

BAKI, 13 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukraynaya yardım etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə edə bilər.

Teleqraf xəbər verir ki, Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsinin müəllifləri olan ABŞ-li senatorlar Lindsi Qrem və Riçard Blumental belə hesab edirlər.

"Mən prezidenti qabaqlamaq istəmirəm, lakin dondurulmuş aktivlərlə bağlı xəbərləri izləyin. Avropalılar bu aktivlərdən əldə edilən gəlirlərin Ukraynaya verilməsi ilə kifayətlənmək istəyirlər. ABŞ-nin maliyyə naziri Skott Bessent daha irəli getmək istəyir", - CBS telekanalına müsahibəsində senator Lindsi Qrem ("Respublikaçılar Partiyası"nın Cənubi Karolina ştatından olan senatoru) bildirib.

Senator Riçard Blumental ("Demokratlar Partiyası"nın Konnektikut ştatından olan senatoru) öz növbəsində əlavə edib ki, “avropalılar dondurulmuş Rusiya aktivlərinə çıxış əldə edə bilərlər”.

“Bu aktivlərin ən azı bir hissəsi, onlardan əldə edilən milyardlarla dollar gəlirlə bağlı müvafiq planlar hazırlanır”, - senator bildirib.

O qeyd edib ki, “Rusiyanın ABŞ-də olan 5 milyard dollarlıq dondurulmuş aktivlərindən istifadə edilə bilər".

Seçilən
36
3
teleqraf.com

4Mənbələr