İngiltərənin “Vest Hem” klubu “Slaviya”da çıxış edən futbolçu Malik Diufu heyətinə qatmağa yaxındır.
90deqiqe.Az-ın “Footmercato”ya istinadən yaydığı xəbərə görə, “çəkiclilər” 20 yaşlı futbolçunun agenti və klubu ilə danışıqlarını yekunlaşdırmaq üzrədir.
O, bir ay öncə İngiltərə yığmasına qarşı keçirilən yoldaşlıq oyunundakı çıxışı ilə skautların diqqətini cəlb edib.Seneqallı əsasən sol cinah müdafiəçisi və yarımmüdafiəçi kimi çıxış edir, lakin mərkəz müdafiəsində də oynaya bilir.
Malik peşəkar karyerasına Norveçin “Tromse” klubunda başlayıb.
O, ötən mövsüm bütün turnirlər daxil olmaqla 41 oyunda meydana çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun hazırkı bazar dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.