"Fənərbağça"nın futbolçusu Anderson Taliska sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu dünən keçirilən "Karagümrük"lə yoxlama oyununda zədələnib. Onun meydanlardan 1 ay uzaq qalacağı gözlənilir.

O, komandasının Portuqaliyadakı təlim-məşq toplanışında iştirak edə bilməyəcək.

Taliska bu ilin yanvarında "Fənərbağça"ya transfer olub. O, İstanbul klubunun heyətində 23 oyunda 12 qol vurmağı bacarıb.