"Beşiktaş" Orkun Kökçünü transfer etdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi ilə 1+4 illik müqavilə imzalanıb. O, ilinə 5 milyon avro qazanacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstanbul klubu Orkun üçün "Benfika"ya 5+25 milyon avro ödəyəcək. O, icarə əsasında transfer edilsə də, 1 oyuna belə çıxsa, "Beşiktaş" bu məbləği ödəməli olacaq.

24 yaşlı futbolçu yeni klubunda 10 nömrəli formanı geyinəcək.