AZ

"Liverpul" yeni transferlərin müvəqqəti forma nömrələrini açıqladı

"Liverpul" klubu yeni transferlərin müvəqqəti forma nömrələrini açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  ulduz yarımmüdafiəçi Florian Virts müvəqqəti olaraq 58 nömrəli formanı geyinəcək. Müdafiəçi Miloş Kerkes 57 nömrə altında çıxış edəcək. Sağ cinah oyunçusu Ceremi Frimponq isə hazırda 59 nömrə ilə meydanda olacaq. Gürcüstanlı qapıçı Georgi Mamardaşviliyə isə 55 nömrə verilib.

Eyni zamanda digər qapıçılar Fredi Vudman və Armin Peçi müvafiq olaraq 56 və 60 nömrəli formalarla çıxış edəcəklər.

Qeyd edək ki, "Liverpul" bu bazar günü "Preston Nort End"lə yoxlama oyunu keçirəcək.

Seçilən
4
90deqiqe.az

1Mənbələr