"Beşiktaş" heyətini gənc futbolçu ilə gücləndirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, klub 18 yaşındaki Rodolfo Alokonu heyətinə qatmağa yaxındır.
Bu barədə məlumatı "Fotomaç" yayıb.
Yarımmüdafiəçi ilə Avropadan bir neçə komandanın maraqlandığı da xəbərdə bildirilib.
Qeyd edək ki, futbolçu son olaraq Xorvatiyanın "Kustosija" klubunda çıxış edib.