AZ

Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…


Fransada hökumət borc bataqlığından xilas olmaq üçün bütün dövlət xərclərinin görünməmiş şəkildə dondurulmasını gündəmə gətirib.

BFM TV və Fransa xəbər agentliklərinin məlumatına görə, hökumət 2026-cı il büdcəsində "boş il" variantını nəzərdən keçirir. Buna görə, 2025-ci ildəki dövlət xərclərinin səviyyəsi 2026-cı ildə sabit qalacaq. Pensiya, işsizlik müavinəti, mənzil müavinəti kimi bir çox sahələrdə inflyasiyaya görə heç bir artım olmayacaq.

İqtisadçılar bildiriblər ki, təkcə pensiya ödənişlərinin dondurulması 3 milyard avro qənaət yarada bilər və əhatə dairəsi genişləndirilərsə, bu, 15 milyard avroya qədər yüksələ bilər.

Fransız mətbuatı xüsusən də aztəminatlı ailələr üçün yaşayış səviyyəsinin aşağı düşməsi ilə bağlı narahatlıqları gündəmə gətirir. Müxalifət partiyaları isə bu addımı "dolayı vergi artımı" kimi qiymətləndirir.

Fransa Milli Statistika İnstitutunun (INSEE) hesabatına görə, ölkədə yoxsulluq səviyyəsi son 30 ilin ən yüksək səviyyəsinə çatıb. Məlumata görə, 40 milyard avroluq qənaət axtaran hökumət bu radikal planı da masada saxlayır.

Fransız maliyyə eksperti Fransua Ekalle bildirib ki, keçmişdə bəzi sahələrdə qismən dondurma tətbiq edilsə də, ölkədə heç vaxt ümumi "boş il" olmayıb.

Fransa mediası isə hökumətin hazırlıqlarını "tarixi böhran" və "görünməmiş qənaət" kimi qiymətləndirib. Fransız mediasında "Heç vaxt belə pulsuz il olmamışdı" başlıqlı məqalələrdə sosial yardımlar dayandırılacağı təqdirdə milyonlarla ev təsərrüfatının bundan birbaşa təsirlənəcəyi bildirilib.

TAHİR

Seçilən
5
baki-xeber.com

1Mənbələr