Rəqibin 6 nömrəsi Artemiyus Tutışkinasın Rəhman Daşdəmirova qarşı etdiyi kobudluğu baş hakim Daniyar Saxi qırmızı yox, sarı vərəqə ilə qiymətləndirdi.
Lakin bir çoxları bunun qırmızı vərəqəlik epizod olduğunu bildirir. Bu məqamı aydınlaşdırmaq üçün sabiq hakim Fariz Yusifovla əlaqə saxladıq:
“Qırmızı vərəqə göstərməyin meyarları var. Düzdü, Tutışkinas ayağını rəqibin başına qaldırır, zərbə endirir. Amma dərəcə söhbətidi. Artıq gücdən istifadə etmir. Topa ani gecikmə olur və daha çox sarı vərəqəyə oxşayır. Fikrimcə, qərar doğrudu”.
MÜZƏFFƏR QULUZADƏ