“Mançester Yunayted” vingeri Markus Reşfordu “Barselona”ya icarəyə göndərməyə hazırdır.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, İngiltərə klubu müqaviləyə həmçinin “Barselona”nın futbolçunu icarəyə götürəcəyi təqdirdə, onun satın alınması öhdəliyinin də daxil edilməsini istəyir.
Kataloniya klubu hazırda belə bir razılaşmanın mümkünlüyünü nəzərdən keçirir, çünki bir ildən sonra oyunçunun pulunu ödəmək öhdəliyi maliyyə feyr-pley perspektivindən faydalı ola bilər.
Reşford özü də “Barselona”ya keçidi üçün maaşını azaltmağa hazırdır.
Daha əvvəl “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorimin Reşfordla işləmək istəmədiyi və onun komandanın digər üzvlərindən ayrı məşq etdiyi bildirilib.
Reşford son mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib.