AZ

İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlərVİDEO

Çimərlik mövsümünün açılmasından 1 ay keçməsinə baxmayaraq, havaların mülayim keçməsi səbəbindən dəniz insanlara, insanlar isə dənizə həsrət qalmışdı.

Son günlərdə ölkə ərazisində hökm sürən sərin hava səbəbindən sahil zonalarında sakitlik müşahidə olunurdu. Dəniz mövsümünün ortasında havanın gözlənilmədən soyuması istirahətə üz tutanların sayının azalmasına səbəb olmuşdu. Lakin dünəndən etibarən hava şəraitində dəyişiklik müşahidə olunur. Xezerxeber.az-ın məlumatına görə,

temperaturun yüksəlməsi ilə birlikdə çimərliklərə axın da nəzərəçarpacaq dərəcədə artıb. Paytaxtdakı dənizkənarı ərazilərdə insan sıxlığı müşahidə olunur, xüsusilə ailəvi istirahətə gələnlərin sayı çoxalıb. 

Dənizə üz tutan bəzi vətəndaşlar da yay mövsümü girəndən ilk dəfə olaraq dənizə getdiklərini bildirirlər.

Dənizə üz tutanlar arasında ən çox sevinənlər isə uşaqlar idi.

Qeyd edək ki, çimərliklərdə baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik ərazisində xidməti müşahidə həyata keçirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
9
xezerxeber.az

1Mənbələr